Ofis Ziyarəti “KAAN International” – 15.09.2021

Bu gün “Lassa” avtomobil şinlərinin rəsmi nümayəndəsi olan partnyorumuz KAAN International şirkətini ziyarət etdik. Əvvəl çay süfrəsində tanışlıqlar baş tutdu, daha sonra KAAN International şirkətinin rəhbəri Əliyar bəy şirkət haqqında və idxal etdikləri “Lassa” və “Petlas” brendləri haqqında ətraflı məlumat verdi. Bununla yanaşı idxal və ixracla bağlı mövzulara da toxunuldu. Sonda isə şourumu gəzdik və avtomobil şinlərinə ümumi baxış oldu. Əliyar bəy Marsol partnyorlarına xüsusi endirimlərinin də olduğunu qeyd etdi.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Kaan İnternational
Grow Audit
Euro Glass Art
Bravo Tech
İşartı
Sabiroğlu
Pro Con İzo
Merkuri İT
Marsol