18 aprel “La Terracce” restoranında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Reklam və nəşriyyat müəssisələri ilə iş” Komissiyasının üzvləri olan sahibkarlarla görüş baş tutub. “Moon Group” şirkətilə birlikdə təşkil etdiyimiz “Axşam ziyafəti və B2B” görüşündə Komissiyanın fəaliyyət istiqamətlərindən və gələcəkdə komissiyanın tərkibində olan digər üzvlərlə mütəmadi görüşlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb və sahibkarları maraqlandıran suallara cavab verilib, təklifləri dinlənilib.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində 15 komissiya fəaliyyət göstərir. “Reklam və nəşriyyat müəssisələri ilə iş” Komissiyasında 32 iş adamı təmsil olunur və komissiyanın sədri Tural Musatafayev, sədr müavini “Tuna” şirkətinin rəhbəri Rəşid Çulaqov və “Moon Group” şirkətinin rəhbəri Ruslan Quliyevdir.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!