“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində növbəti ziyarətimiz Laçında və Şəkidə arıçılıqla məşğul olan “Bal Kamal” bal evinə oldu. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Şəki KOB dostu Elbrus İskəndərov iştirak edib. Bal evinin təsisçisi Kamal Allahverdiyevlə çay süfrəsi ətrafında fəaliyyətlərinin böyüdülməsi və satış kanalları mövzusunda müzakirələr aparıldı. KOBİA və Marsolun sahibkarlığın inkişafı üçün göstərdikləri birgə fəaliyyətlər haqqında məlumat verildi. “Bal Kamal” Laçında və Şəkidə arıçılıqla məşğul olan, bal və arıçılıq məhsullarının satışını həyata keçirən bal evidir.