“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində Şəki şəhərində 1931-ci ildə fəaliyyətə başlamış və 2018-ci ildən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi – “Azəripək” MMC-nin qonağı olduq. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Şəki KOB dostu Elbrus İskəndərov iştirak edib.Müəssisənin direktoru texnika elmləri namizədi Səməd Nəbiyev ilə Şəki şəhərində və bölgədə işsizliyin minimuma endirilməsi, gənc toxucuların və kadrların yetişdirilməsi üçün bir sıra peşə və təhsil müəssisələri ilə birlikdə atılacaq addımlar haqqında müzakirələr apardıq. Daha sonra ixrac və daxili satış üçün istehsal edilən xalça, kəlağayı, parça çeşidləri ilə yaxından tanış olduq. KOBİA və Marsolun sahibkarlığın inkişafı üçün göstərdikləri birgə fəaliyyətlər haqqında məlumat verdik.Qarşılama və xoş münasibət üçün Səməd bəyə təşəkkür edirik!