Regional Tərəfdaşların İnkişafı “Əliəhməd Şirniyyat Evi” -06.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində növbəti ziyarətimiz 1950-ci ildən halvaçılıq fəaliyyəti ilə məşğul olan “Əliəhməd Şirniyyat Evi”nə oldu. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Şəki KOB dostu Elbrus İskəndərov iştirak edib. Şirniyyat evinin direktoru Xosrov Qaffarov çay süfrəsi ətrafında fəaliyyətləri və gələcək planları haqqında müzakirələr aparıldı. KOBİA və Marsolun sahibkarlığın inkişafı üçün göstərdikləri birgə fəaliyyətlər haqqında məlumat verildi. “Əliəhməd Şirniyyat Evi” 1950-ci ildə halvaçılıqla fəaliyyətə başlayıb. Hal hazırda Şəki və Azərbaycana məxsus müxtəlif çeşidli şirniyyatlar istehsal etməyə davam edirlər.

This will close in 0 seconds