Regiondakı fəaliyyətlərimiz davam edir. 6 avqustda Şəki şəhərində fəaliyyət göstərən Sporta (Qartal Arena) məkanında “Marsol Region” ilə “Evqur” şirkətinin futbol komandası arasında yoldaşlıq oyunu keçirilib. Sahibkarlar qalibiyyət uğruna rəqabət apararkən həm də bir-birilərini daha yaxından tanımaq imkanı əldə ediblər. Oyun partnyorumuz “Evqur” komandasının qələbəsi ilə başa çatıb. Yarışmada partnyorlarımız asudə vaxtlarını əyləncəli keçirməklə yanaşı biznes təcübələrini də bölüşüblər.

Oyundan sonra iştirakçılar çay süfrəsi ətrafında bir araya gələrək oyunun gedişatı haqqında müzakirələr aparıblar. Yoldaşlıq oyununda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu Elbrus İsgəndərov da iştirak edib.

Nailiyyətlərimizi işgüzar tərəfdaşlarımızla qeyd etmək və daha böyük məqsədlərə doğru birlikdə irəliləmək üçün bu cür tədbirlərimiz davam edəcəkdir.