İlk layihələrimiz orta biznes üçün İT-infrastrukturun qurulması ilə bağlı idilər. Buna baxmayaraq, bazarda öz unikal yerimizi müəyyən edib tutmaq, o cümlədən yeni üfüqlər açmaq arzusu gənc və təşəbbüskar komandamızı tamamilə müxtəlif istiqamətli və miqyaslı layihələrin həyata keçirilməsinə, personalın ixtisas sahələrinin məqsədyönlü tərzdə genişləndirilməsinə, eksperimental və texnoloji işlərin aparılmasına vadar etdi. Bu gün fəaliyyətimiz avtomatlaşdırılmış idarəetmə sisteminin, proqram təminatının, mobil xidmətlərinin inkişafının təkmilləşdirilməsinə yönəlib.

Əsas məqsədimiz təkcə göstərilən xidmətlərin keyfiyyətini artırmaq deyil, həm də müştərilərimizin xərclərini minimuma endirmək, innovativ yanaşmalar ərsəyə gətirməkdir.

Komandamızın uğuru bilavasitə mütəxəssislərin bir-birini tamamlayan bacarıqları, bilikləri və ixtisasları ilə müəyyən edilir. Məhsullarımızın mükəmməlliyinə nail olmaq üçün innovativ yanaşmalardan istifadə edirik

Ünvan: Cəlil Məmmədquluzadə Küçəsi 102A AZ1078 Bakı, Azərbaycan “City Point” Biznes Mərkəzi

Telefon: 12 404 31 40

web: www.kibrit.tech

E-mail: [email protected]

Facebook: Kibrit

İnstagram: kibrit.tech