Qarabağ turu yekunlaşıb – 18.08.2024

Bu tura başladığımızda, tarixin acı dolu səhifələrində gəzindiyimizi hiss etdik.

Nə də olsa, gördüyümüz hər məkan, keçdiyimiz hər bir yer keçmişin dərin bir izini daşıyırdı.

17-18 avqust tarixlərində Xankəndi, Şuşa, Ağdam, Əsgəran, XocaIı və Laçın rayonlarını əhatə edən səfərimiz zamanı partnyorlarımızla Xankəndi şəhəri, Ağdam Cümə Məscidi, Ağdam Şəhidlər Xiyabanı, Cıdır düzü, Güllələnmiş Büstlər, Molla Pənah Vaqifin Məqbərə Kompleksi, Yuxarı Gövhər Ağa Məscidi, Şuşa qalası, İsa bulağı, Natəvan bulağı, Üzeyir Hacıbəylinin heykəli və əsərlərini yazdığı məkan və Laçın şəhərini ziyarət etdik.

This will close in 0 seconds