16-18 avqust Quba-Xaçmaz iqtisadi rayonuna təşkil etdiyimiz “Biznes Tur” başa çatıb.
Partnyorlarımız asudə vaxtı dəyərləndirmək üçün turun ikinci gününü hoteldə keçiriblər. Futbol, mafia və digər oyunlarla həmin günü daha əyləncəli hala gətiriblər.
Bununla yanaşı, sahibkarlar Meslehetci.az şirkətinin “Müəssisələrdə mühasibat uçotunun təşkilinin vacibliyi” mövzusunda təlimdə də iştirak ediblər. Şirkətin həmtəsisçisi Xalid Cəfərov sahibkarlara mövzu çərçivəsində bir sıra faydalı məlumatlar verib, sualları cavablandırıb.
Hər bir iştirakçıya təşəkkür edir və gələcəkdə “Biznes Tur”larda yenidən bir araya gəlməyi səbirsizliklə gözləyirik.