“Partners & Business” axşam ziyafəti – MARSOL 5 il

16-18 iyun tarixlərində Bakı Crystal Hall Mətbuat zalında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası (İşəgötürənlər) Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi və “Marsol MMC”nin birgə təşkilatçılığı ilə keçirilmiş “Partners & Business” Baku 2022 yerli şirkətlərin tanıtım sərgisinin 20 iyun tarixində möhtəşəm axşam ziyafəti baş tutdu. Təşkilatçıların, sponsor və tərəfdaşların, 500-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tətbirdə sərgi təşkilatçılarından biri “Marsol MMC”nin 5 illiyi qeyd edildi.

Rəsmilərin çıxışları, tərəfdaş və sponsorların mükafatlandırılması ilə başlayan tədbir bədii hissədə möhtəşəm şou proqramla axşam saatlarınadək davam etmişdir.

Bir daha tədbirin bütün iştirakçılarına, dəyərli qonaqlara təşəkkür edir və möhtəşəm axşam ziyafətindən video kadrları sizə təqdim edirik.