İlk dəfə olaraq, 1938-ci ildə Səfər Usta İzmirdə “Özsüt Muhallebicisi” adlı yoğurt və qaymaqların satıldığı bir dükan açdı. Daha sonra 1980-ci ildə İbrahim Urlulu bütün idarəetməni öhdəsinə götürərək indiki tanıdığımız Özsüt’ün əsasını qoydu. Özsüt’ün ənənəvi şirniyyat çeşidləri Osmanlı mətbəxindən gəlir. 2000-2001-ci illərdə Özsüt daha sürətlə böyüməyə başladı.
2014-cü ilin may ayında Bakıda Özsüt’ün ilk şöbəsi müştərilərin xidmətinə verildi. Hal-hazırda 5 şöbə fəaliyyət göstərir: Atatürk parkı şöbəsi, Gənclik mall şöbəsi, Elmlər şöbəsi, Qış parkı şöbəsi və Fəvvarələr meydanı şöbəsi. Hər 5 şöbədə Türkiyə mətbəxinə məxsus Özsüt təamları, müxtəlif qənnadı
məmulatları ilə yanaşı, İtalyan və Meksika mətbəxinin ləziz çeşidləri, bol sevgi ilə hazırlanmış isti və soyuq içkilər müştərilərə təqdim edilməkdədir.
Şirniyyatlarda ancaq özəl fermalardan gələn təzə günlük süd məhsullarından istifadə edilir. Südlü şirniyyatların ləzzəti və toxuması məxsusi dəyirmanlarda düyünü üyüdərək hazırlanan sübyedən gəlir. Tortlarda sadəcə Özsüt mətbəxinin ənənəvi reseptlərindən və diqqətlə hazırlanan kremlərdən istifadə edilir. Ölkənin parlaq günəşi altında yetişən təravətli, təzə meyvələr balacaların sevimlisi olan dondurmalara, desertlərə xüsusi rəngarənglik verir.

Ünvan: Özsüt Qış parkı: Füzuli küç.47

Özsüt Elmlər: Mətbuat pr., Mirəli Seyidov küç.

Özsüt Atatürk parkı: Gənclik m/st-nın çıxışı, Atatürk pr.

Özsüt Gənclik Mall

Özsüt Fəvvarələr meydanı: Tərlan Əliyarbəyov küç. 14

Telefon: +994 77 341 00 11 / +994 51 351 00 11 / +994 70 311 00 11

+994 077 351 00 11 / +994 70 314 00 11

Korporativ nömrə: +994 55 252 49 95

Web: www.ozsut.az

E-məktub: [email protected]

Facebook : Ozsut Baku

Instagram: ozsut_baku

Rəy bildirin

This will close in 0 seconds