Özbəkistan turumuzun ilk günü…

Təşkil etdiyimiz Azərbaycan İş Adamlarının Özbəkistan səfərində yeni günə “Roadside” otelində gecələdikdən sonra “Xorrot” restoranında baş tutan səhər yeməyi ilə başladıq. Bu görüşümüzdə bir-birlərinə yol yoldaşı olan partnyorlarımız səmimi mühitdə fəaliyyətləri ilə daha yaxından tanış oldular.

Daşkənddə baş tutan havalandırma, istilik, suvarma sistemleri, bərpaolunan enerji sahələri üzrə sahibkarların məhsullarının sərgiləndiyi “Aquatherm Tashkent 2022” və çap, poliqrafiya, qablaşdırma avadanlıqlarının təqdim edildiyi “O’ZuPACK – O’ZBEKinPRINT 2022” sərgilərini ziyarət etdik.

Sərgidə bizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Özbəkistan nümayəndəsi Elvin bəy qarşıladı. Partnyorlarımızı maraqlandıran sualları cavabladı və sərgiləri bizimlə birlikdə gəzdi. Ardınca “Otto” restoranında nahar etdik. Bu müddət ərzində Elvin bəy bizə Özbəkistan bazarı və sahibkarlığı haqqında ətraflı məlumat verdi.

İndi isə yenidən “Roadside” otelinə qayıtmışıq. Səfərimiz çərçivəsində növbəti dayanacağımız Buxara şəhəri olacaq və səfərimiz haqqında paylaşımlarımız davam edəcək.