“Dövlətin maliyyə dəstəyi mexanizmi və investisiya şərtləri” təlimi

“MARSOL Business Club”da “Dövlətin maliyyə dəstəyi mexanizmi və investisiya şərtləri” təlimi

28 sentyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da “Birgə İnvest”in Layihələr üzrə baş meneceri Elnur Quliyevin “Dövlətin maliyyə dəstəyi mexanizmi və investisiya şərtləri” mövzusunda təlimi baş tutdu. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu və “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş şirkətlərarası “Zəfər” kuboku intellektual yarışmasının təqdimatı edildi. Sonra təlim müddətində Elnur bəy təlimin əhatə etdiyi mövzularda partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi. Ardınca Fleetstock şirkətinin təsisçi-direktoru Emin Quliyev öz təqdimatında Fleetstock şirkətinin fəaliyyət istiqamətlərindən bəhs etdi.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Azani
Ecostep
FleetStock
AS Avtomatika
Envix Print
Qayo Group
Crispa Snacks
Vien Group
Birgə İnvest