“Orta sahibkarlıq subyektlerinin kritik problemlerinin həlli” mövzusunda müzakirə – 18.08.2023

18 avqust tarixində Marsol Group-un nəzdində fəaliyyət göstərən “Marsol Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “Marsol Business Club”da B2B görüş təşkil olunub. Görüşdə bir araya gələn partnyorlarımız öz şirkətləri haqqında məlumat veriblər. Daha sonra “Think Wise Consulting”in təsisçisi Çingiz Novruzzadənin rəhbərliyində “Orta sahibkarlıq subyektlerinin kritik problemlerinin həlli” mövzusunda müzakirə baş tutub. Müzakirədə əsasən maliyyə problemləri və bu problemlərin aradan qaldırılması yolları haqqında fikir mübadiləsi aparılıb.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!