Marsol Business Club “B2B” Görüş – 18.08.2023

Bugün yeni işgüzar əlaqələr qurmaq və iş həyatındaki yeniliklər haqqında fikir mübadiləsi aparmaq məqsədi ilə partnyorlarımızı “Marsol Business Club”da bir araya gətirdik. Görüş zamanı sahibkarlara Marsol Group-un fəaliyyət sahələri ilə yanaşı gələcək fəaliyyətləri ilə bağlı ətraflı məlumat verilib. Həmçinin partnyorlar yeni layihələrlə bağlı bir-birilərilə fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Ən sonda səmərəli biznes əlaqələri qurma imkanı hədəfləyən “Marsol+” mobil tətbiqi haqqında təqdimat olub.