7 iyul tarixində növbəti onlayn görüşümüz, partnyorumuz “Kapital Bank”ın təqdimatı ilə baş tutdu. “Kapital Bank”ın Satış direktoru Elçin bəy, Pandemiya dövründə olan güzəştli kreditlər və bankın digər xidmətləri haqqında ətraflı məlumat verdi. Partnyorlarımız da öz növbəsində şirkətləri və xidmətləri haqqında qısa məlumat verərək, “Kapital Bank”la bağlı suallarını Elçin bəyə ünvanladılar. Vebinarda iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq.

Kapital Bank Azərbaycanın ən geniş filial şəbəkəsinə malik bank olaraq uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda say etibarı ilə ən çox və yenilikçi məhsullar təqdim edən maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə əhəmiyyətli layihələr həyata keçirir. Real sektorun maliyyə vəsaitlərinə əlçatanlığını təmin etmək üçün rahat və çevik maliyyələşmə vasitələri olan Ticarət Əməliyyatlarının Maliyyələşdirilməsi, Overdraft və s. məhsulları təklif edir.

Görüş iştirakçıları:

Nİ Group
Kapital Bank
Gens Elektrik
Premium Advertising
KD Tekstil
Bakumart
BLOG
Format Logistika
Ağ Saray Residence
Euroglass Art
Foto Xalç

This will close in 0 seconds