Bugün partnyorlarımızla birlikdə növbəti onlayn görüşümüz baş tutdu. Görüşdə partnyorumuz olan qadın sahibkarlar da iştirak etdi. Bugünkü vebinarımızın təqdimat hissəsi, yeni partnyorumuz olan “BkauMart” şirkətinə aid oldu. Şirkətin rəhbəri Ramin bəy bizə “BakuMart” haqqında ətraflı məlumat verdi. Partnyorlarımız da öz növbəsində şirkətləri və gördükləri işlər haqqında məlumat verdilər. Bununla yanaşı görüşdə tanışlıqlar da baş tutdu. Vebinarda iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq.
BakuMart Supply satınalma
prosesinin avtomatlaşdırılması üçün qurulmuş bir sistemdir. Bu sistem vasitəsilə
minimum xərclə maksimum keyfiyyətli və şəffaf satınalma prosesi quracaqsınız.
Sistemin işləmə prinsipi aşağıdakı kimidir:
MƏRKƏZİ DEPO SİSTEMİ (Depo istənilən növ məhsulun standartlara uyğun şəkildə
saxlanılması üçün bütün imkanlara sahibdir)
· Mərkəzi depo vasitəsilə istifadə etdiyiniz bütün məhsulları
(qida, qeyri-qida, çərəz, toyuq, balıq və meyvə-tərəvəz) bir mərkəzdən minimal
qiymətə sifariş edə biləcəksiniz.
· Belə olduğu halda sifariş və qəbul prosesi gündə bir dəfə
olacağı üçün hər iki prosesə dəfələrlə daha az vaxt və enerji sərf etməklə
yanaşı tam nəzarət etmiş olacaqsınız.
SOYUDUCULU VƏ
İKİ HİSSƏYƏ AYRILMIŞ YÜK MAŞINLARI
· Məhsullar qida və qeyri-qida olmaqla iki kateqoriyaya
ayrılaraq öz saxlanma şəraitinə uyğun şəkildə və vaxtında sizə çatdırılacaqdır.
PROQRAM TƏMİNATI
· Mərkəzi depoya gəlmədən bütün məhsulları şəkilləri və qiymətləri ilə görüb müqayisə edərək minimal qiymətə sifariş verə bilərsiniz.
· Qiymətlərimiz bütün müştərilərə açıq olduğu üçün eyni anda 50-ə yaxın həmkarınızın diqqəti altındadır.
· Mobil telefonla belə bütün satınalma prosesinə tam hakim olub bütün hesabatları izləyə biləcəksiniz.
· Proqramda yer alan xüsusi bölmədə bütün kampaniyalardan vaxtında xəbərdar olub yararalana biləcəksiniz.
Beləliklə fərdlərə və şəxsi münasibətlərə deyil işlək mexanizmə sahib bir sistemə güvənəcəksiniz.
Görüş iştirakçıları:
Bakumart
Caravan Group
Roland
Ecober
Azprint
Karnegi Klub
Caspian Audit