Onlayn Görüş – KAAN

Partnyorlarımızla, növbəti onlayn görüşümüz baş tutmuşdur. İştirak edən şirkət rəhbərləri öz işləri və xidmətləri barədə qısa məlumat verərək daha yaxından tanış olmuşdur. Görüşdə qadın sahibkarlar da iştirak etmişdir. Bugünkü görüşümüzün xüsusi təqdimatı “KAAN İnternational” şirkətinə məxsus oldu. Əliyar bəy satdıqları məhsul və xidmətləri haqqında ətraflı məlumat vermiş və sonda isə, MARSOL partnyorlarına xüsusi endirmləri olacağını vurğulamışdır. İştirak edən hərkəsə təşəkkür edir və işlərində uğurlar arzulayırıq. 😊

“Kaan” şirkəti 1998- ci ildən Azərbaycan Respublikası Bakı şəhərində öz fəaliyyətinə başlamışdır. Şirkət əsasən minik, yük, avtobus, sənaye texnikası və kənd təsərrüfatı avtomobilləri üçün rezin şinlərin topdan və pərakəndə satışının fəaliyyəti ilə məşğuldur. Bu işdə əməkdaşlıq etdiyimiz markaların keyfiyyəti bizim üçün çox önəmlidir.Bunun üçün marka seçimimizdə ilk olaraq Türkiyənin ən böyük fabriklərindən olan Brisa Bridgestone Sabancı Lastik Sanayi ve Ticaret A.Ş. –yə məxsus Lassa markası ilə başladıq.Hal-hazırda Şirkətimiz LASSA ilə birlikdə PETLAS və AEOLUS markalarının da ölkə üzrə rəsmi distribütorudur.Markalarımız keyfiyyətli və uzunömürlülüyünə görə bazar liderliyini qoruyub saxlayır.

Görüş iştirakçıları:

KAAN İnternational

Alteir

Knexel 

E.S.L. Express Services Logistics

KİRS Tikinti Firması

Birgə və Sağlam İB

Green Wood

Like Agency