Bugün partnyorumuz “Flame Tours & DMC”in ofisində qonaq olduq. Şirkətin rəhbəri Elnur bəylə “4-cü sənaye inqilabının turizm sahəsinə təsiri” mövzusunda müzakirə etdik. Bizə vaxt ayırdığı üçün Elnur bəyə təşəkkür edir işlərində uğurlar arzu edirik. ?


“Flame Tours & DMC” MMC Şirkəti daxili və xarici turizm sahəsində öz xüsusi imzası ilə 2014-cü ildən etibarən fəaliyyət göstərməkdədir. “Flame Tours & DMC” Komandası ərəb və MDB ölkələri, Hindistan, Türkiyə və digər bazarlarda yüksək peşəkar xidməti ilə tanınır. Uğurlu fəaliyyəti müddətində Flame Tours Dubay, Hindistan və Qazaxıstanda öz nümayəndəliklərini qurmuşdur.

This will close in 0 seconds