Bugün partnyorlarımızla birlikdə 2021-ci ilin ilk onlayn görüşü baş tutdu. Görüşdə iştirak edən partnyorlarımız öz işləri və xidmətləri barədə qısa məlumat verərək daha yaxından tanış oldular. Bu dəfəki görüşümüzün xüsusi təqdimatı “Express Services & Logistics” şirkətinə aid oldu. Şirkətin rəhbəri Anar bəy xidmətləri haqqında ətraflı məlumat verdi. Sonda isə, Anar bəy partnyor şirkətlərə xüsusi endirimləri olacağını vurğuladı. Nəzərinizə çatdıraq ki, “Express Services & Logistics” logistika sahəsində xidmət göstərən şirkətdir. İştirak edən hər kəsə təşəkkür edir və işlərində uğurlar arzulayırıq.
![ecdd1ebd-ddc7-4b7d-954e-012150788fbe](https://marsol.az/wp-content/uploads/2021/01/ecdd1ebd-ddc7-4b7d-954e-012150788fbe.jpg)