Bu gün 21 klinika və 13 tibbi mərkəzdən ibarət olan, partnyorumuz “Acıbadem Sağlık Grubu” klinikalar şəbəkəsinin təqdimatı ilə növbəti onlayn görüşümüz baş tutdu. Təqdimatı klinikanın Türkiyə nümayəndəsi İlahə xanım və Azərbaycandakı nümayəndəsi Ramil bəy həyata keçirdi. Fəaliyyətləri haqqında ətraflı məlumat verərək, “Marsol” partnyorlaırına da xüsusi təklifləri və endirimləri olacağını bildirdilər. Partnyorlarımız da öz növbəsində bir-birləri ilə tanış oldu və gördükləri işlər haqqında qısa məlumat verdilər. Görüşə qoşulan hər kəsə təşəkkür edir və işlərində uğurlar arzulayırıq!