Ofis Ziyarəti “Zahra Clinic” – 01.03.2022

Partnyor şirkətlərin fəaliyyət istiqamətləri və xidmətləri ilə yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “Zahra Clinic”-də baş tutdu. Partnyorlarımız arasında ənənəvi olaraq tanışlıq olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib.

“Zahra Clinic”-in rəhbəri Fərid bəy partnyorlarımıza klinika haqqında ətraflı məlumat verib. Belə ki, Fərid bəy məlumat verərkən qeyd edib ki, “Zahra clinic” 2019-cu ildən xidmət göstərir, Almaniya və Avstriyadan əldə edilmiş təcrübə və texnologiya ilə Avropanın ən qabaqcıl klinikalarından birinə çevrilib.

Sonda isə Fərid bəy partnyorlarımızla birgə klinikanı gəzərək xidmətlər ilə yaxından tanış edib.

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Zəhra Clinic
İnci Psixoloji Reabilitasiya Mərkəzi
Bravo Texnologiya
Red Academy
Azprint
İcon Pərdə
Set Group
Ruzi
BSC
Şəms Group
Sarp Systems
Təndir Məndir