Business Breakfast “MARSOL Business Club” – 01.03.2022

Fərqli sektorlarda fəaliyyət göstərən şirkətlər arasında işgüzar münasibətlərin yaradılması və inkişafı məqsədi ilə təşkil etdiyimiz “Business Breakfast və B2B” görüşümüz “MARSOL Business Club”da baş tutub. Dəvət olunan partnyorlarımız arasında tanışlıqlar olub və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat veriblər.

Bununla yanaşı “Business Breakfast və B2B” görüşündə 2021-2022 MARSOL sponsorlarından olan “Həkim Baba” sağlamlıq mərkəzinin rəhbəri Ramel bəyin təqdimatı olub. Belə ki, Ramel bəy sağlamlıq mərkəzinin fəaliyyəti haqqında məumat verərkən qeyd edib ki, xalq təbabətini müasir avadanlıqlarla, tam gigiyenik, birdəfəlik alətlərlə, kliniki şəraitdə xalqımıza təqdim edən ilk mərkəzdən biridir. Daha sonra isə “Həkim Baba” sağlamlıq mərkəzindən bəhs edən video çarx partnyorlarımıza təqdim olunub.

Sonda isə partnyorlarımıza 2022-ci ildə reallaşacaq sərgi haqqında məlumat verilib və sərgi planı ilə tanış olublar.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol
De Promo
Deltatech
Novator
Kirpi Tekstil
Net Elektrik
Həkim Baba
Avtotəmir.az
Globus Travel