Ofis Ziyarəti “TİS” – 03.10.2023

Sahibkarlar arasında işgüzar münasibətlərin qurulması və inkişaf etdirilməsi məqsədilə bu dəfə partnyorlarımızı “TİS” şirkətinə dəvət etdik. Müxtəlif ağıllı ev sistemlərinin satışı ilə məşğul olan “TİS” şirkətinin ofisində çay süfrəsi ətrafında tanışlıqlar baş tutdu. Ardından şirkətin rəhbəri Cəlil Hüseynov məhsulları və fəaliyyətləri ilə bağlı təqdimat etdi. Cəlil bəy şirkətin tarixi və yüksək texnologiyaya malik məhsulları haqqında məlumat verdi. Həmçinin şirkətin təklif etdiyi ağıllı ev sistemlərinin xüsusiyyətləri və üstünlükləri haqqında partnyorların verdikləri suallar cavablandırıldı. Görüşün davamında şourumu gəzərək şirkətin təklif etdiyi müxtəlif qurğularla yaxından tanış olduq.

Belə ki, “TİS” şirkətinin təklif etdiyi texnoloji həllərə ağıllı ev, işıqlandırma, təhlükəsizlik, pərdə və jalüz sistemləri, ev kinoteatrı və musiqi sistemləri, eləcə də multirum və multimedia sistemləri daxildir. Azərbaycan və MDB ölkələrində uğurla fəaliyyət göstərən şirkət özəl sektorda, iş mərkəzlərində, otellərdə, banklarda, eləcə də təhsil və tibb müəssisələrində geniş təcrübəyə sahibdir.

İştirak edən hər kəsə təşəkkür edir fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Global Logistics
Minor Businness Club
Proneo
Chardaq Concept
Restore Restoran
Azani
Azela Dizayn
FFF+N
A.ASAS MMC
Meslehetci.az
Fenstar
Elar Park
De Promo