Ofis Ziyarəti “Tekaz” MMC – 04.08.2022

Növbəti “Ofis Ziyarəti”miz bu gün “Tekaz” şirkətində baş tutdu.

“Tekaz” şirkətinin təsisçisi Kazım bəy qonaqları salamladıqdan sonra şirkət haqqında sahibkarlara ətraflı məlumat verdi. Qonaqlara şirkətin ölkəyə idxal etdiyi dondurmalardan təqdim olundu. Partnyorlarımız arasında tanışlıqlar olub və bir-birlərinə fəaliyyətləri haqqında məlumat veriblər. Sonda iştirak edən partnyorlar şorumu gəzib və prosesslərlə daha yaxından tanış olublar.

“Tekaz” şirkəti qurulduğu gündən etibarən dünyada tanınmış və keyfiyyətli məişət texniklarının istehsalı ilə məşğul olan İsveçrə markası Frankenin, Türkiyənin tanınmış mətbəx mebeli brendi Lineadecor, Casa və Elmar mobilya, Koris kimi tanınmış brendlərin Azərbaycanda rəsmi nümayəndəsidir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Zarif Emin interiors
Okuklu Holdinq
Bloom Group
OneAmz
İcon Pərdə