Ofis Ziyarəti “AzerTech Service” MMC – 05.08.2022

Ofis ziyarətlərimiz davam edir. Bu dəfə partnyorlarımızla birgə “AzerTech Service” şirkətini ziyarət etdik. Bizi şirkətin Biznesin İnkişafı Departamentinin direktoru Elmir bəy qarşıladı. “ASIA Motors” şoruqmunu gəzdik, HAİMA və MG avtomobil markaları ilə daha yaxından tanış olduq. Şorum gəzintisindən sonra çay süfrəsi ətrafında səmimi görüş təşkil edildi və partnyorlarımız arasında ətraflı tanışlıq oldu.

2015-ci ildə yaradılan “AzerTech Service” əsasən VAG ailəsinə məxsus avtomobillərə xidmətlə yanaşı multimarka avtomobillərinə xidmət göstərir. Hazırda 4000-dək fiziki və 110-dək korporativ müştərilərə yüksək səviyyəli xidmət göstərir. Professional işçi heyəti 18 iş yerindən ibarət beynəlxalq standartlara uyğun xidmət mərkəzində fəaliyyət göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

İnmotion Trading
Qanun Mühasibatlıq
Onur Plast
Kovrolin.az
MSDİS Holding
Təndir – Məndir
GST Company
Antik İnşaat
Kapital Bank
ERZ Mebel
Kartpak