Ofis Ziyarəti “SM Fresh Oil” – 15.11.2022

15 noyabr tarixində müxtəlif çeşid soyuq sıxım yağlar, qlütensiz unlar, çərəzlərdən əzmələr və məcunların istehsalı və satışı ilə məşğul olan partnyorumuz SM Fresh Oil-in qonağı olduq. Görüşdə iştirak edən xanım sahibkarlar arasında əvvəlcə tanışlıq oldu. SM Fresh Oil şirkətinin rəhbəri Maya Səbzəliyeva şirkətin fəaliyyəti haqqında geniş məlumat verdi. Yerindəcə balqabaq tumunun sıxma yağını və yer fıstığı əzməsini hazırlayaraq partnyorlarımızı ümumi proseslə daha yaxından tanış etdi.

Görüşün sonunda isə iştirak edən hər kəsə SM Fresh Oil-in məhsullarından hədiyyələr təqdim edildi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq

İştirak edən şirkətlər:

DHA
Garanti Group
Catering Baku
A Trading
GV Estetik
Icon Perde
Smart Group