Ofis Ziyarəti “SM CONSTRUCTION SUPPLIES” – 15.11.2022

15 noyabr tarixində partnyorlarımızla birlikdə mebel istehsalı, tikinti-təmir və dizayn, həmçinin təchizat sahəsində ixtisaslaşmış SM CONSTRUCTION SUPPLIES şirkətinin qonağı olduq. Əvvəlcə partnyorlarımız arasında tanışlıq oldu. Ardınca şirkətin rəhbəri Ehtiram Heydərli bizə fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Gördükləri işlərdən və gələcək hədəflərindən bəhs etdi.

SM CONSTRUCTION SUPPLIES şirkəti 2018-ci ildən fəaliyyət göstərir. Əsas fəaliyyət sahələri mebel istehsalı, tikinti-təmir və dizayn, həmçinin təchizatdır.  Dəyərləri müştərilərinin xəyallarını gerçəkləşdirmək, yüksək səviyyəli xidmət göstərməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

NET Elektrik
Hafele
Dekoriza
Perilla.az
Almet Trading
Euroglass Art
Fleetstock