Ofis Ziyarəti “Sirab” – 24.10.2023

Bu gün “Sirab” şirkətində ofis ziyarətimiz baş tutub. Marsol Group partnyorları arasında tanışlıqdan sonra biznes təcrübələrini bölüşmək və əməkdaşlıq mövzusunda müzakirələr aparmaq imkanı əldə ediblər. Bununla yanaşı görüş çərçivəsində şirkətin icraçı direktoru Alper Yaycılı və direktor müavini Sərkərdə Sərxanoğlu partnyorlarımızı “Sirab”ın fəaliyyətləri və tarixi haqqında məlumatlandırıb. Sonra iştirakçılar şirkətin anbarını ziyarət edib, məhsulların fərqliliyi, eləcə də təbii mineral sularla təbii qaynaq sularının fərqi haqqında məlumatlanıblar.

”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə 1950-ci ildən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında həmin il Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Hal hazırda zavodda 21 çeşiddə məhsul istehsal olunur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Muxtaroğlu VM
D-İT
Bestline Group
Pro Glass
Rəmzioğlu Paxlava
Ex2door
Sarp Systems
Fratelli
N-Advert
Best Tech
YEK Production
Brain of Construction
Qurban.az