Ofis Ziyarəti “SG Logistics” – 17.03.2023

Bugün partnyorlarımızla birlikdə SG Logistics şirkətinin rəhbəri Hicran Novruzovun dəvəti ilə Kitchen Plus restoranında çay süfrəsi ətrafında qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Daha sonra SG Logistics şirkətinin ofisini ziyarət etdik və Hicran bəy bizə öz fəaliyyətləri haqqında danışdı.

SG Logistics şirkəti dünyanın istənilən regionundan beynəlxalq daşınmalar üzrə xidmətlər göstərir. Əsas fəaliyyət göstərdiyi xətlər: Türkiyə, Avropa, Ukraina, Belarus, Rusiya, Çin

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Turkesh Dekor
Laser Service
FİORE-F
Unity Technologies
SR Group
Avtodetal
GazPromNeft