Ofis Ziyarəti “Avtolüks Azərbaycan” – 28.03.2023

Bugünki ofis ziyarətimiz dünyaca məşhur avtomobillərin Azərbaycandaki rəsmi distributoru olan “Avtolüks Azərbaycan” şirkətində baş tutdu. Görüşdə iştirak edən partnyorlarımız çay süfrəsi ətrafında maraqlı mövzularda həmsöhbət oldular. Daha sonra, “Avtolüks Azərbaycan”ın direktor müavini Azər Cəlilov şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verdi. Sonda isə, Azər bəy bizi şourumu gəzdirərək yeni avtomobil modelləri ilə yaxından tanış etdi və avtomobillər haqqında məlumat verdi.

Avtolüks Azərbaycan MMC-nin əsası, dünyanın ən məşhur avtomobillərini Azərbaycan istehlakçısına əlçatan etmək üçün 2012-ci ildə qoyulmuşdur. Şirkət ilk fəaliyyətinə milyonların arzusu olan “Ferrari” brendini Bakı sakinlərinə təqdim etməklə başlamış, eləcə də, hələ super-idman avtomobili arzusuna uzaq olan fanatların da özlərini brendin bir hissəsi kimi hiss etməsinə şərait yaratmaq üçün avtomobillərlə birlikdə “Ferrari Store”-u da şəhərimizə gətirmişdir. Avtolüks Azərbaycan brend sıralamasını daim genişləndirməkdə və keyfiyyəti bir nömrəli prioritet olaraq saxlamaqda qərarlıdır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

MVC Group
Formag Forwarding
Sabiroğlu
GST Company
ZAMEX
VMR Tekstil
Avtotemir.az
Təndir Məndir
İndigo
Novator HRC
CASPOS MMC