Ofis ziyarəti “SARVAGELLİ” – 13.09.2022

Bu gün partnyorlarla birgə növbəti “Ofis Ziyarət”imiz SARVAGELLİ şirkətində baş tutdu.

Partnyorlarımız arasında tanışlıq olduqdan sonra şourum gəzintisi etdik. Şirkətin rəhbəri İlkin bəy, istehsal etdikləri məhsullar haqqında partnyorlarımıza ətraflı məlumat verdi.

SARVAGELLİ şirkətinin əsas fəaliyyət sahələri pərdə və döşəməlik qumaşların satışı, hazır pərdə halında mənzillərdə, otellərdə və digər layihələrdə uyğun şəkildə quraşdırılmasıdır. Dizayn xidmətlərinə isə pərdə aksessuarları, ağıllı ev sistemlərində pərdələr, uzaqdan idarəetmə, avtomatik və manual idarə olunan jaluzlər daxildir. Ayrıca plise, screen, ahşap kimi jaluz növləri mövcuddur. Hal – hazırda paytaxtımızda yerləşən mağazalar şəbəkəsi və atelyeləri müştərilərə çeşidli məhsullar təqdim etməkdədir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Smart Group
TAİM
Cleverest Academy
Voice Agency
Dolma Restoranı
Əmlak.az
SG Logistika
Eurodoor