Ofis ziyarəti “Pak Xalça” – 14.09.2022

Partnyorlarımızla birlikdə növbəti ofis ziyarətimizdə Pak Xalça şirkətinin qonağı olduq. Əvvəlcə çay süfrəsi ətrafında partnyorlarımızın bir-biri ilə tanışlığı oldu. Daha sonra “Pak Xalça”nın rəhbəri Vüqar bəy şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verdi. Xidmətlərindən və istifadə etdikləri avadanlıqların texnoloji yeniliklərindən söhbət açdı.

“Pak Xalça” şirkəti 2005-ci ildən etibarən təmizlik sektorunda fəaliyyət göstərir. Şirkətin təmizlik xidməti sektorunun bir neçə növünü – xalça, pərdə, yumşaq mebel, yorğan-döşək, yastıq, yun yuyulmasını həyata keçirir. Xüsusən də xalçaların əl üsulu ilə deyil, xalça yuma makinalarında yuyulma texnologiyasını Azərbaycanda inkişaf etdirərək xanımların işini asanlaşdırır. Xalçaların yuyulması Avropa standartlarına uyğun olan ən son texnologiyaya əsaslanan avadanlıqlar və peşəkar işçi heyyəti tərəfindən həyata keçirilir.

İştirak edən hər kəsə təşəkkürümüzü bildirir və fəaliyyətlərində uğurlar arzu edirik.

İştirak edən şirkətlər:

VMR Tekstil
Moboil
All Plast
Antik İnşaat
Məsləhətci.az
Lassa
İvento