Ofis Ziyarəti “Sabiroğlu” –08.02.2022

Bu gün partnyorlarımızla birlikdə 2021-2022 MARSOL sponsorlarından olan “Sabiroğlu” MMC-nin ofisində qonaq olduq. Bizi şirkətin direktoru Elnur bəy qarşıladı. Daha sonra “Sabiroğlu” MMC-nin rəhbəri İman bəy ətraflı məlumat verərək qeyd etdi ki, şirkət 30 ildir mühərrik yağlarının, antifrizlərin və müxtəlif avtomobil ehtiyat hissələrinin idxalı və satışı ilə məşğul olur və Azərbaycanda bu sahə ilə məşğul olan aparıcı şirkətdir. “Sabiroğlu” MMC Türkiyənin “Koç Holding”-ə məxsus olan OPET FUCHS, SARDES FİLTER və DELSA FİLTER şirkətlərinin, Rusiyanın Star VOLT, Carville, Luzar, və Coolstream şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur. Sonda isə, İman bəy MARSOL partnyorlarına xüsusi endirimlərində olduğunu qeyd etdi.
Başda İman bəy olmaqla “Sabiroglu” MMC kollektivinə və görüşdə iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Sabiroğlu MMC
Arter
Grow Audit
Avtotemir az
İtech Group
Emrahoğlu
Hikmətoğlu Transport
Saf Chemikal
Moon Group
Onur Plast