Ofis Ziyarəti “Net Elektrik & Ecolife” –08.02.2022

Partnyorlarımızla birlikdə  “Net Elektrik” və “Ecolife” şirkətlərinin birlikdə fəaliyyət göstərdikləri ofislərində qonaq olduq. Əvvəl partnyorlar bir-birlərilə tanış oldu, daha sonra “Net Elektrik” şirkətinin rəhbəri Fatih bəy və “Ecolife” şirkətinin rəhbəri Etibar bəy ayrı-ayrılıqda şirkətləri haqqında ətraflı məlumat verdilər. Ən sonda partnyorlarımızla birgə şourumu gəzdik və məhsullarla əyani şəkildə tanış olduq. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Net Elektrik
Dekoriza
Ağ Saray
Vitam
Qayo Elektrik
Formag Logistika
Khazar Lift Servis
Texno Computers
Enerji-n
Ecolife