Ofis Ziyarəti “Orvita Psixoloji və Reabilitasiya Mərkəzi” – 05.07.2023

Bugün baş tutan ofis ziyarətimizin ünvanı “Orvita Psixoloji Reabilitasiya Mərkəzi” olub. Mərkəzin rəhbəri Ramidə Oqtayqızı bizi və partnyorlarımızı çay süfrəsi ətrafında qonaq edərək xidmətlərindən danışıb və partnyorlarımızın diqqətini çəkən mövzularda verdikləri sualları cavablandırıb. Qeyd edək ki, partnyorlarımız müəssisənin xidmətləri haqqında məlumat əldə etməklə yanaşı, bir-birilərilə fikir mübadiləsi aparmaq imkanı da əldə ediblər. Görüşün sonunda Ramidə xanımın rəhbərliyi ilə müəssisənin fəaliyyətlərinin gerçəkləşdirildiyi zal və sinif otaqlarını gəzərək əyani formada tanış olduq.

Nəzərinizə çatdıraq ki, Orvita Psixoloji Reabilitasiya Mərkəzi uşaq və yeniyetmələrdə – özünəqapanma, aqressiya, davranış pozuntusu, qardaş-bacı qısqanclığı, şiddətə meyillilik, təlimdə geriləmə və bu kimi problemlərin aradan qaldırılması üçün proqramlar təşkil edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Business Advocate
Nativis
Logitrans
İdeal Print
BF Group
Hafele
Nurlu Parfum
Amazon Travel
Zəhra Klinikası
İcon Pərdə