Business Breakfast “DineHall” – 05.07.2023

Bu gün təşkil etdiyimiz Business Breakfast görüşümüz Dine Hall restoranında baş tutub. Şirkətlər arasında sıx əlaqələr yaranması məqsədilə təşkil olunan görüşdə partnyorlarımız şirkətləri və fəaliyyətləri haqqında məlumat verərək bir-birilərilə tanış olublar. Görüşün davamında Laser Service şirkətinin rəhbəri Məzahir Quliyev təqdimatında şirkətin fəaliyyəti və xidmətləri haqqında məlumat verdi. Daha sonra şirkətin fəaliyyətləri haqqında təqdim olunan video çarx izlənildi. Qeyd edək ki, “Laser Service” şirkəti 8 ildən çoxdur ki, lazer epilyasiya avadanlıqlarının satışı və servis xidmətinin təşkil olunması ilə məşğuldur.

“Sahibkarlığın İnkişafı Fondu”nun İctimaiyyətlə Əlaqələr şöbəsindən Selcan Sərdarlı iştirak edərək fondun fəaliyyətləri haqqında danışdı və partnyorlarımızın suallarını cavablandırdı.

Bu tip görüşlərimiz sahibkarlar üçün yeni əlaqələrin qurulması, cəlbedici layihələr üçün tərəfdaş axtarışı və bununla da, biznesin inkişaf etdirilməsi üçün imkan yaradır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Grow Audit
Loqos
Baku Stone Factory
Storm Building
Mediazadə
ERZ Ofis Mebeli
Bravotech
Kapital Bank
BMZ Collages
Foto Xalça
Global Logistika
Acıbadəm
Laser Service
Deltatech
Vien Group
Rəmzioğlu
Təndir Məndir
Zamex
Onur Plast
Ledior
SİF
S-Enna
United Payment
Kartpak
Strix
Lucky Office Support
Ecolife
İnkdustry
GV Estetik