Ofis Ziyarəti “Natura İnşaat” – 22.11.2022

22 noyabr tarixində növbəti “Ofis ziyarəti” çərçivəsində partnyorumuz “NATURA İNŞAAT” şirkətinin qonağı olduq. Bizi şirkətin təsisçisi Fuad Tağıyev qarşıladı. Əvvəlcə iştirak edən sahibkarlar arasında tanışlıq oldu. Ardınca Fuad bəy şirkətin fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Sonda isə anbar və şourum gəzintisi baş tutdu. Şourumda sərgilənən tikinti məhsulları ilə yaxından tanış olduq.

Natura İnşaat 2008-ci ildə təsis edilmiş tikinti şirkətidir. Təmir-tikinti üzrə “Cerrad” (Polşa), “Vandersanden” (Belçika), “Fionart” (Türkiyə), “Satex” (Alman-Azərbaycan) xarici brendlərinin rəsmi distribütorudur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Zərif İnterior

Dekoriza

Homeguide

Nastep

Proglass

GR Group

Fire Universal Group

S – Enna