Ofis Ziyarəti “Fenstar” – 22.11.2022

Bugün partnyorlarımızla birlikdə, “Fenstar” şirkətində qonaq olduq. İlk öncə şourumu gəzərək sərgilənən məhsullarla yaxından tanış olduq. Daha sonra çay süfrəsində tanışlıqlar baş tutdu və şirkətin təsisçisi Araz Xankişiyev fəaliyyətləri haqqında ətraflı məlumat verdi.

Şirkət, 2003-cü ildə Türkiyənin Ankara şəhərində fəaliyyətə başlamışdır. 2004-2007-ci illərdə Türkiyə və Yaxın Asiya ölkələrində alüminium, PVC  layihəli işləri həyata keçirmişdir. 2010-cu ildən etibarən, Azərbaycanda PVC pəncərə və qapı sistemləri, alüminium fasadlar,  sürgü sistemlərinin istehsalı ilə məşğul olur və artıq 19 ildir ki, bu sektorun öncülərindəndir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Pro Con İzo

FleetStock Group

Turkesh Dekor

Akbaba Group

Efor

Sofistico

Araznet ( ABV )

Fenstar