Ofis Ziyarəti “MRT Karniz” – 29.11.2022

Bu gün partnyorlarımızla birlikdə “MRT Karniz” şirkətinin qonağı olduq . Tanışlıqla başlayan görüşümüzdə bizi şirkətin direktoru Sahib Cabbarov qarşıladı. Əvvəlcə çay süfrəsi ətrafında partnyorlarımız bir-birləri ilə daha yaxından tanış oldular. “MRT Karniz” şirkəti barəsində Sahib bəy ətraflı məlumat verdikdən sonra şourum gəzintisi etdik.

“MRT Karniz” 20 ilə yaxındır ki, karniz, pərdə və jalüzlərin istehsalı və satışı ilə məşğul olur. Bakı və Azərbaycanın digər regionlarında xidmətləri mövcuddur. Türkiyə ,Rusiya, Polşa və həmçinin yerli firmalarla əməkdaşlıq edir.

İştirak edən hər kəsə təşəkkürümüzü bildirir və fəaliyyətlərində uğurlar arzu edirik.

İştirak edən şirkətlər :

İnmotion Trading

Erz Mebel

Dekoriza

Məsləhətchi.az

Art Jalüz

Natura İnşaat

Əmlak.az

İcon Pərdə

Foto Xalça

Canaz Group