Ofis Ziyarəti “Moon Group” – 07.08.2021

Bu gün partnyorlarla birgə “Moon Group”un ofisini ziyarət etdik.

Əvvəl partnyorlar bir-birlərilə tanış oldu, daha sonra “Moon Group” şirkətinin rəhbəri Ruslan bəy fəaliyyətləri və xidmətləri haqqında məlumat verdi. Ruslan bəy promo və çap məhsullarının əhəmiyyətindən danışdı. Daha sonra, Azərbaycandakı biznes ekosistemi haqqında müzakirələr edildi. Görüş sonunda şourumu gəzərək geniş çeşidli çap və promo məhsulların nümunələri ilə tanış olduq.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol
Moon Group
İnci Psixoloji Reabilitasiya Mərkəzi
ALL Plast
Sona Cake House
F.F.F+N
New Life System
Strix
Agro Expert
Rota Group
Atmosphere Lounge