Müsahibə №30 – Eldəniz Səfərov / Globus Travel

Biznes müsahibələrimizdə bu dəfəki müsahibimiz, partnyorumuz “Globus Travel” şirkətinin təsisçisi Eldəniz bəy oldu. Eldəniz bəy şirkətin fəaliyyəti və xidmətləri haqqında bizlərə danışdı.

Globus Travel 2002-ci ildə təsis olunmuşdur və hazırda, ölkədə turizmin bütün sahələrində öndə gedən şirkətlərdən biridir. Şirkət Azərbaycanda olan 5 ofisi və peşəkar heyəti ilə müştərilərinə ən yüksək səviyyədə aviabilet, hotel rezervasiyası, tur-paket, transfer, sığorta, viza dəstəyi də daxil olmaqla, geniş xidmətlər göstərməkdədir. Globus Travel, həmçinin, özünəməxsus B2B sistemi vasitəsilə geniş agentlik şəbəkəsinə hər növ səyahət xidmətlərini təchiz edir. Qazandığı müştəri məmnuniyyəti və yüksək səviyyəli istirahətin təşkil olunması şirkətin əsas üstünlüklərindəndir.