Ofis ziyarəti – “Mobil Group”

Bu gün partnyorlarla birgə növbəti “Ofis Ziyarəti”miz “Mobil Group”-da baş tutdu.

Bizi “Mobil Group”-un rəhbəri Vüsal bəy qarşıladı. Tanışlıq olduqdan sonra xidmətləri haqqında ətraflı məlumat verdi.

“Mobil Group” daxilində fəaliyyət göstərən “Mobil Broker” şirkəti 2017-ci ildən etibarən fəaliyyət göstərən ölkənin qabaqcıl gömrük brokeri şirkətidir. Şirkət gömrük orqanları ilə vətəndaşlar arasında etibarlı vasitəçidir. Mobil Broker yerli və xarici vətəndaşların, o cümlədən sahibkarların ölkəyə idxal və ixrac etdikləri yüklərin gömrük rəsmiləşdirilməsində kompleks həllər təklif edir. Hazırda 5 filial şəbəkəsi ilə fəaliyyət göstərən Mobil Broker Tam Gömrük Təmsilçilik Xidməti ilə müştərilərin əlavə zaman və xərclərdən azad olmasını təmin edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Vibrostone
Engitech
L-Sim
BF Home
Billur
Helind
Greenwood
Arbitro
Office Pro
Caspian Textile
Antik İnşaat
MyKart.az