Ofis Ziyarəti “Bimtek” MMC – 24.08.2022

Ofis ziyarətlərimiz davam edir. Bu dəfə partnyorlarımızla birgə “Bimtek” şirkətini ziyarət etdik. Bizi şirkətin rəhbəri Cenk bəy qarşıladı. Çay süfrəsi ətrafında səmimi görüş təşkil edildi və partnyorlarımız arasında ətraflı tanışlıq oldu. Cenk bəy şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verdi.

“Bimtek” şirkətinin baş ofisi Türkiyədə yerləşir. Bimtek Azərbaycanda ilk sms işi görən şirkətdir. 2012 – ci ildə “Azercell” tərəfindən ən yaxşı sms şirkəti olaraq mükafatlandırılmışdır. “Poçt Goyerçini” sms proqramı vasitəsi ilə 3 şəkildə sms göndərmə imkanı təmin edilir: “Excel” üzərindən, Tətbiq üzərindən və Veb səhifə üzərindən.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Mart Group
World Karyera və Peşə Mərkəzi
Təndir Məndir
Kapital Bank
Moboil
Onur Plast