Ofis Ziyarəti “Maricel Real Estate” – 10.10.2023

Bu gün baş tutan ofis ziyarətində Daşınmaz Əmlak Bazarında fəaliyyət göstərən 2022-2023 Marsol Group sponsoru “Maricel Real Estate”də qonaq olduq. Sahibkarlar üçün təşkil olunan çay süfrəsi ətrafında tanışlıqlar baş tutdu. Ardından şirkətin təsisçisi və direktoru Samir Əlizadə Xəzər dənizinin cənub sahilində yerləşən “Maricel Astara Resort”dan bəhs etdi, hazırki və gələcək fəaliyyətlərindən danışdı. Görüşün davamında əməkdaşlığı təşviq edən mühitdə partnyorlar bir-birilərilə öz biznes təcrübələrini bölüşüb, şirkət haqqında fikir mübadiləsi apardılar. Davamında bir neçə partnyorumuzun öz xidmətlərini təqdim etdiyi DƏB – Daşınmaz Əmlak Bazarı ilə yaxından tanış olduq.

Nəzərinizə çatdıraq ki, “Maricel Real Estate” Xəzər dənizinin cənub sahilində, böyük şəhərin səs-küyündən uzaq, tam rahatlıq içində yaşayacağınız dənizkənarı kurortdur. Kurort mərkəzinin ərazisində qonaqların rahatlığı üçün özəl çimərlik, açıq hovuz, fitnes, restoran, terrasda restoran, əyləncə parkı, oyun otağı, və bu kimi xidmətlər mövcuddur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Omnitech
Ascend Group
Mado
Məsləhətçi.az
Lassa
Helind
Hikmətoğlu Transport
SR Group
Pro Glass