İşəgötürənlərin ixtisaslı kadr tapmaqda üzləşdiyi çətinliklərin həlli yolları müzakirə edilib – 09.10.2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində partnyorlarımızın ixtisaslı kadr tapmaqda üzləşdiyi çətinliklərin həlli yolları müzakirə edilib. Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib və Marsol Group-la uzun müddətdir davam edən uğurlu əməkdaşlıqdan danışıb.

Mustafa Abbasbəyli Marsol Group üzvü olan sahibkarlarla birgə maliyyələşmə, peşə hazırlığı istiqamətində əməkdaşlıqlar və həm B2B, həm də B2G formatında səmərəli əməkdaşlıqlar təklif edən biznes klubların faydaları ilə bağlı danışıqlar aparıb. Həmçinin, həssas kateqoriyadan olan vətəndaşların məşğulluğunun təminatı üçün partnyorlarımıza yeni sosial layihələrdən bəhs edib.

Müzakirələr zamanı partnyorlarımız ixtisaslı kadr tapmaqda çətinliklərlə qarşılaşdıqlarını dilə gətiriblər. Bundan başqa görüşdə kadrların peşə bacarıqlarının və potensiallarının inkişaf etdirilməsi istiqamətində birgə əməkdaşlıq imkanlarından danışılıb.

Mustafa Abbasbəyli sonda partnyorlarımızın təkliflərini dinləyib, onların suallarını cavablandırıb.