Ofis Ziyarəti İvento – 30.07.2021

Bugün partnyorumuz “İvento” şirkətinin ofisində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız özlərini təqdim edərək bir-birlərilə tanış oldu. Daha sonra “İvento” şirkətinin rəhbəri İlqar bəy fəaliyyətləri və xidmətləri haqqında bizlərə ətraflı məlumat verdi. Başda İlqar bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

İvento
Rota Group
Family Construction Company Group
Mood Concept
Atmosphere Lounge
Pos.az

İVENTO (Məhdud  Məsuliyyətli  Cəmiyyət)  müasir  bina  və  tikililər  üçün  mühəndis  məsələlərinin  peşakarcasına  yerinə  yetirilməsi  sahəsində  aparıcı  şirkətdir.

Şirkət  2001-ci  ildə  bu  sahədə  böyük  təcrübəyə  malik  olan   Direktor  İlqar  Qədim  tərəfindən  yaradılmışdır. Göstərdiyi  tam  dövriyyəli  xidmət  və  yüksək  keyfiyyətli  işi  sayəsində  şirkət  tezliklə  müştərilərin  etimadını  qazanaraq,  iqlim  texnikası  sahəsində  qabaqcıl  yeri  tutdu.

Hal – hazırda   İVENTO  kondisionerləşmə və havalandırma   texnikası  sahəsindəki  məşhur  brendlərin   təmsilçisidir  və  bu  istiqamətdə  geniş  çesidli  texnikanın  tədarükünü  təmin  edir.

● Mühəndis  sistemlərinin  layihələndirilməsi

● Kondisionerləşdirmə

● Havalandırma

● İsitmə

● Soyutma

● Su  təchizatı

● Elektromontaj

● Avtomatlaşdırma

●Yanğın sistemləri və sulu söndürmə