Business Breakfast – Kapital Bank 30.07.2021

Bugün partnyorumuz “Kapital Bank”ın təqdimatı ilə “Business Breakfast” görüşümüz baş tutdu. Görüşdə iştirak edən şirkət rəhbərləri bir-birlərilə tanış oldu və öz şirkətləri haqqında məlumat verdi. Daha sonra “Kapital Bankın”ın Korporativ və KOS satışlar idarəsinin Kiçik və orta sahibkarlarla iş departamentinin meneceri Vüsal bəy “Biznes İpotekası” və “Sahibkarlığın inkişafı fondu vasitəsilə verilən güzəştli kreditlər” haqqında sahibkarları məlumatlandırdı. Sonda isə, partnyorlarımızla birlikdə “Kapital Bank”ın yeni fəaliyyətə başlamış “KOB Mərkəzi”ni ziyarət etdik. Vüsal bəy “KOB Mərkəzi”nin fəaliyyəti və mərkəzdə sahibkarlara göstərilən xidmətlər haqqında məlumat verdi. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq.

Onu da qeyd edək ki, “KOB Mərkəzi” Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 143 ünvanında yerləşir.

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

G Company
Gate 25
Modern Hospital
Qanun Mühasibatlıq
Koynekci
Pərdəçi
Netcond
Mario Azərbaycan ( Qonaq )
Mats Engineering MMC( Qonaq )
Özsüt
Turbo Servis ( Qonaq )
Express Logistika
Labor MMC
Bravo
Sona Cake
Yasama Destek