Ofis Ziyarəti “İnci Psixoloji və Nitq Mərkəzi” – 13.10.2021

Bu gün partnyorlarımızla birgə “İnci Psixoloji və Nitq Mərkəzi”ndə qonaq olduq. Sahibkarların iştirakı ilə baş tutan görüşdə tanışlıqlar oldu və hər kəs öz biznesi haqqında məlumat verdi. Daha sonra partnyorumuz “İnci Psixoloji və Nitq Mərkəzi”nin rəhbəri Ramidə xanım fəaliyyətləri və xidmətləri haqqında geniş məlumat verdi. Beləki Ramidə xanım uşaq və yeniyetmələrdə – özünəqapanma, aqressiya, davranış pozuntusu, bundan əlavə diqqət əksikliyi, hiperaktivlik sindromu, autizm, ailə psixoterapiyası, psixoloji qrup terapiyası, loqopedik məşğələlər və s., xidmətləri haqqında ətraflı məlumat verdi. Ən sonda isə, Ramidə xanım bizi mərkəzi gəzdirərək fəaliyyətlərilə daha yaxından tanış etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Türkeş Dekor
DNX Azərbaycan
Xəyal Media
Euroglassart
Piramida Reklam
Arter
Zirvə Kitab Evi
Aztexservis