Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 13.10.2021

Bu gün Marsol Business Club-da növbəti “Dəyirmi masa və B2B” görüş baş tutdu. Görüşdə tanışlıqlarla yanaşı “Əməkdaşların effektiv işləməsi üçün hansı strategiyadan istifadə edirsiniz?” mövzusunda da geniş müzakirələr edildi. Mövzu haqqında partyorlarımız öz təcrübələrini və fikirlərini bölüşdülər. Onu da qeyd edək ki, mütəmadi olaraq görüşlərimizdə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”nin nümayəndələri iştirak edir və partnyorları maarifləndirərək onları maraqlandıran sualları cavablandırırlar. Bu dəfə də “KOBİA” KOB Dostu departamentinin Bakı və xüsusi zonalar üzrə KOB dostu Səid bəy qonağımız oldu və müəyyən mövzularda müzakirələr edildi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
KOBİA
Armaad Group
Bimtek MMC
Formag Logistika
İT Bridge
Smart Hotel Management
Tekaz